Ana səhifə FAQ'S
FAQS

İstənilən sayt AdsGarden platformasına qoşula bilərmi?

Günlük ən azı 1000 unikal girişi olan istənilən sayt qeydiyyatdan keçib qoşulmaq üçün müraciət edə bilər. Saytların təsdiqi zamanı onların keyfiyyəti və məzmunu nəzərə alınır. Rədd cavabı alan saytlar 3 aylıq müddətdən sonra- problemləri aradan qaldırdığı təqdirdə təkrar müraciət edə bilər. Bəzi hallarda saytlardan Google Analytics və ya digər sayğac məlumatları istənilə bilər. Bir çox hallarda AdsGarden imtinanın səbəblərini izah etməyə bilər.

Saytımın AdsGarden platformasına qəbul olunduğunu necə bilərəm?

Müraciətiniz AdsGarden tərəfindən araşdırılır və ən geci 3 iş günü ərzində onaylanır. Bəzi hallarda saytınızın texniki göstəricilərinə və məzmununa görə, rədd cavabı verilə bilər. 

Sayta neçə reklam pəncərəsi yerləşdirə bilərəm və bu gəlirlərimə təsir edəcəkmi?

Reklam yerlərinin sayı (hər səhifədə maksimum 4 ) önəmlidir. Amma daha önəmli olan o reklamların daha görünən və uyğun yerdə yerləşdirilməsidir.  Saytınız incələndikdən sonra ehtiyac hiss etsəniz, müraciət edə və menecerlərimizdən gərəkli tövsiyyələr ala bilərsiniz. 

Gəlirlər hansı formada hesablanacaq?

Yerli və xarici reklamlardan, onların auiksion qiymətindən asılı olaraq, həm görüntü, həm tıklama metodu, həm də bannerə görə statik hesablama metodu tətbiq edilə bilər. Bu, hər bir sayta görə dəyişə də bilər. Hər bir sayt öz profilində günlük, həftəlik və aylıq balanslarını izləyə bilər.

Qazandığım məbləği necə götürə bilərəm?

AdsGarden platformasına qoşulan YAYINÇILAR hesabındakı Təsdiqlənmiş balansı hər ayın əvvəlində (1-10 tarixləri arasında) ala bilər. Bunun üçün hansı addımları atmaq lazımdır?
1. Sayt hüquqi şəxsdirsə, bank rekvizitlərini və VÖEN hesabını təqdim etməlidir.
2. Sayt hüquqi şəxs deyilsə, sayt rəhbəri fiziki şəxs kimi vergi uçotuna dayanmalı, bank rekvizitlərini və VÖEN hesabını təqdim etməlidir.
3. Saytı təmsil edən şəxs vergi uçotunda deyilsə, o zaman qanunvericiliyə uyğun olaraq, onun balansına ödəmə mənbəyindən vergi tətbiq olunacaq (14%).
QEYD: Yığılan məbləği çıxarda bilməyiniz üçün Təsdiqlənmiş balans minimum 50 AZN olmalıdır.


Saytım bloklananda nə olur?

Yayınçının hesabında davamlı olaraq saxta kliklər və ya buna bənzər qeyri-təbii müdaxilələr qeydə alınarsa, onun həmin ay üçün qazancları silinəcək. Əsas tərəfdaşımız olan Google şirkəti tərəfindən reklamların bloklanması halında isə, yayınçının ödəmə hesabı bağlanır və yığılan məbləğ reklamverənlərin hesabına geri qaytarıldığı üçün, bloklanan ana qədər yığılan məbləğləri almaq qeyri-mümkün olur.


Want to be a Publisher on AdsGarden platform?

Get started with just a few steps!